Reklam verin!
Hyundai sevənlər və daim izləyənlər üçün
accent

Forbes jurnalı top 10 ən qənaətcil yeni avtomobillərin siyahısını çıxarıb.
Burada avtomobilin 5 il müddətində tələb etdiyi xərclər nəzərdə tutulub. Qeyd edim ki, araşdırma Amerika bazarında aparılmışdır. Amerikalıların ortalama 5 il müddətində bir avtomobili istifadə etdiklərini nəzərə alaraq araşdırma aparılan avtomobillərin 5 il müddətində tələb etdikləri təmir, nəzarət, müayinə xərcləri nəzərə almışdır.

10. -- Pontiac Vibe $16,760; Beş il zərfində tələb olunan xərc: $35,348
9. -- Hyundai Accent $12,865; Beş il zərfində tələb olunan xərc: $$34, 808
8. -- Kia Rio $13,571; Beş il zərfində tələb olunan xərc: $34,802
7. -- Toyota Matrix $16,558; Beş il zərfində tələb olunan xərc: $34, 778
6. -- Ford Focus $15,752; Beş il zərfində tələb olunan xərc: $34,092
5. -- Chevrolet Aveo $11,844; Beş il zərfində tələb olunan xərc: $34,048
4. -- Nissan Versa $13,950; Beş il zərfində tələb olunan xərc: $33,275
3. -- Toyota Corolla $15,449; Beş il zərfində tələb olunan xərc: $33,053
2. -- Honda Fit $15,440; Beş il zərfində tələb olunan xərc: $32,547
1. -- Toyota Yaris $12,625; Beş il zərfində tələb olunan xərc: $31,785

Qeyd edim ki, təmir və s. qiymətləri Amerika bazarındakına uyğun hesablanmışdır. Azərbaycan bazarında isə bu xərclər nisbi olaraq fərqlənir.


Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyul 23, 2008 10:24 | Xəbərlər, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 17

 

hyundai

Hyundai Motor Company, Cənubi Koreanın ən böyük avtomobil istehsalçısı özünün ən böyük performansını göstərdi. Son aya görə yayımlanan məlumatlara görə satışlar keçən ilə görə 11.4% yaxud 253846 avtomobil artış göstərib. Beləliklə Hyundai Qlobal Top 5 Avtomobil İstehsalçısının siyahısına qatıldı.

Şirkət ilin birinci yarısında 1.481.152 avtomobil sataraq özünün rekord göstəricilərinə imza atmışdır. Hyundai şirkətinin sərnişin avtomobilləri dünyada çox böyük rəğbət qazandı və şirkətin satışlarını sürətlə artırdı. Bu satışların artmasında i30 da çox böyük rol oynamışdır. Beləki, yarım ildə 32.234 ədəd i30 modeli satılmış və 6.4% artım göstərmişdir.

Xatırladım ki, 1999-cu ildə Hyundai Motor Company dünyanın 11-ci ən böyük avtomobil istehsalçısı idi. Bu illər ərzində Hyundai həqiqətən çox ciddi dəyişikliklər etmiş və öz modellərini müştərilərə sevdirməyi bacarmışdır.

Şirkətin yeni idarəçisi Chung sayəsində şirkət sürətlə irəliləmiş və dünyada öz sözünü demək üçün bir sıra tədbirlər görmüşdür. Bunlara misal olaraq ABŞ-da, Çində, Hindistanda, Slovakiyada, Çexiyada və Rusiyada inşa edilən zavod və fabrikləri göstərmək olar.


Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyul 23, 2008 10:07 | Xəbərlər, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 14

Ward’s Auto World magazine tərəfindən təşkil olunan “Automotive Interior of the Year Awards” (İlin Avtomobil İnteryeri) yarışmasının “Best Redesign” kateqoriyasında 2009-cu ilin Sonata-sı “Interior of the Year” (İlin İnteryeri) mükafatına layiq görülüb.

 

Davamı...

Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyul 23, 2008 9:43 | Xəbərlər, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 17

matrix
Hyundai 2009-cu il üçün özünün yeni Hyundai Matrix Faceliftini təqdim etdi. Yeni Matrix Facelift daha hamar görünüşünə və mükəmməl profilinə görə əvvəlkidən fərqlənir. Dizaynerlər Matrixə bu üstünlüyü qazandırmaq üçün onun ön buferini yeni forma ilə əvəz ediblər. Ön faraları və padfarnikləri modifikasiya ediblər. Radiator barmaqlığı da əvəz olunaraq yenilənib və daha da mükəmməlləşdirilib. Öndəki bu dəyişikliklər matrixin kapotunu da cazibədar. Facelift Matrixin 1.6,1.8 l benzin mühərrikli və 1.5 l dizel mühərrikli versiyalarinda edilib. Azərbaycana isə yalnız 1.6 l benzin mühərriki olan Matrix Faceliftlər gətirilir.

Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyul 9, 2008 8:51 | Xəbərlər, Elanlar, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 19

azera 

EDMUNDS.com saytı 2008-ci il müştəri reytinqlərini açıqlayıb. Bu nəticələrə görə Hyundai Azera 15000 - 25000 USD qiymətli Sedan tipli avtomobillər arasında birinci olub. Əllərində çox da böyük maddi imkanları olmayan və tam sedan avtomobilinə sahib olmaq istəyənlər Azera-nı seçir. Bir ildən çoxdur ki, EDMUNDS.com-un rəylər yağışına tutduğu Azera haqqında mütəxəssislər də eyni fikirdədir. Beləki, əgər siz tam ölçülü sedan istəyirsinizsə bunu cibinizə uyğun qiymətə əldə edə bilərsiniz.

Hyundai son zamanlarda dünyanın bir çox yerlərində, jurnallarında, saytlarında və s. keçirilən yarışlarda, müsabiqələrdə və səsvemələrdə yüksək yerlərə layiq görülür. Bu da öz növbəsində Hyundainin günü gündən daha da inkişaf etdiyini göstərir.

EDMUNDS.com saytındakı nəticələrə baxa bilərsiniz.


Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyun 17, 2008 9:06 | Xəbərlər, Elanlar, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 32

HYUNDAI MOTOR AMERICA İNDİYƏ KİMİ OLAN ƏN BÖYÜK PERFORMANSLA

FOUNTAIN VALLEY, Calif., 06/03/2008 Hyundai Motor America bu gün may ayı üçün satış hesabatında 46,415 ədəd avtomobil sataraq, keçən ilə nisbətən 6% artım etdiyini, və indiyə kimi may ayı üçün olan satışlarda rekorda imza atdığını elan edib.

“Biz may ayı üçün əldə etdiyimiz nəticələrdən çox məmnunuq, əslində bu rekordu keçən il də əldə edə bilərdik. Əgər iqtisadiyyat və neft qiymətləri imkan versəydi" deyə Hyundai Motor America-nın vitse prezidenti Dave Zuchowski öz fikirlərini ifadə edib.

ABŞ-da satılan bütün Hyundai avtomobilləri Amerikanın The Hyundai Advantage zəmanəti ilə təmin edilib. Müştərilərə 10 il / 100000 mil güc kuza zəmanəti, 5 il / 60000 mil bumper-to-bumper (bufer) zəmanəti, 7 il / limitsiz məsafə anti-perforation zəmanəti kimi bir sıra üstünlüklər verilir.

Bu satışlar Amerika ərazisində 800 diler vasitəsiylə həyata keçirilir.

CARLINE MAY 2008 MAY 2007 CY2008 CY2007
ACCENT 6,941 3,669 21,270 14,859
SONATA 13,620 12,147 49,052 52,578
ELANTRA 13,645 9,317 47,496 40,315
TIBURON 1,023 1,668 3,988 5,725
SANTA FE 6,604 7,930 31,547 35,912
AZERA 1,221 2,056 9,698 10,732
TUCSON 2,049 3,454 9,783 16,711
ENTOURAGE 491 2,544 2,533 8,467
VERACRUZ 821 1,100 5,666 1,928
TOTAL 46,415 43,885 181,033 187,227


Açar sözlər:

Yazar: thewarrior | Tarix: İyun 5, 2008 15:57 | Xəbərlər, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 34

avtomobil sərgisi
 

23 İyul - 3 Avqust 2008-ci il tarixləri arasında Londonda, ExCel-də qlamurlu, cazib, super şou olacaq. Dünyanın 100-lərlə müxtəlif avtomobil modelləri burada sərgilənəcək. Möhtəşəm sərgi olacağına heç bir şübhə yoxdur. İstəyənlər və imkanı olanlar indidən öz biletlərini sifariş etsinlər :) vaxta az qalıb. Eyni zamanda burada Hyundai avtomobillərinin ən son yenilikləri də hər kəsə nümayiş etdiriləcək. Burada bir çox concept və real avtomobillər olacaq. Avtomobil həvəskarları üçün demək olar ki, kiçik bir cənnət :)

 http://www.britishmotorshow.co.uk


Açar sözlər:

Yazar: thewarrior | Tarix: May 30, 2008 11:43 | Xəbərlər, Elanlar, Hyundai - dünyada | Şərhlər(0) | Baxış sayı: 34

2008-03-05
Amerikanın məşhur  Consumer Reports Expert təşkilatı tərəfindən hər il Top Picks reytingləri élan edilir. Consumer Reports bu sahədə ən etibarlı mənbə hesab edildiyi üçün bütün istehsalçılar həmin siyahılara düşməyə cəht edir. Avtomobillərə aid Top Picks 2008 təzəcə élan edildi. Bu dəfəki siyahı doğurdan da maraqlı oldu. Əvvəla ona görə ki, Cənubi Koreyalı istehsalçı HYUNDAI ilk dəfə, özü də iki modeli ilə, ən yaxşılar arasında seçildi. 2007-ci ildə istehsalına başlanılan Elantra və yenə də 2007-ci ildə yenilənən Santa Fe siniflərində ən məsləhətli avtomobillər seçildi. Elantra “Small Sedan”, Santa FE isə “Midsize SUV” kategoriyalarında müştərilərə məsləhət görülən avtomobillər élan edildilər. HYUNDAI-ın Honda, Toyota, VW kimi güclü rəqiblər arasından belə çıxması çoxlarını təəcübləndirdi, bircə Hyundai Motor Company-dən başqa, çünki onlar 2000-ci ildən bu yana aparılan strategiyanın nətcilərini görürlər.

Digər maraqlı məqam isə Lexus LS 460L modelinin Top Picks tarixindəki ən yükəsk nəticəni əldə etməsi olub. Maksimum 100 baldan 99-nu toplayan LS460L rekord qırıb. Top Picks haqqında ətraflı məlumat üçün buraya (www.consumerreports.org) baxa bilərsiniz.
Qeyd edək ki, Top Picks avtomobilləri üç əsas kriteriyaya və istifadəçi raportlarına görə seçir. Belə ki, avtomobillər yol testi, dözümlülük və təhlükəsizlik kriteriyalarına görə qiymətləndirilir. Bundan sonra isə istifadəçilərdən toplanılan nəticələrə görə yekun qərar verilir. Qeyd edək ki, VW, audi, Mercedes və BMW-nin siyahıda olmamasının səbəbi məhz istehlakçıların tez tez servisə getmə barəsində şikayətləridir.

Siyahının tamamı belədir;
Ekoloji Avtombil - Toyota Prius
Kiçik sedan - Hyundai Elantra SE
Ailə sedan - Honda Accord
Premium  sedan - Infiniti G35
Lüks sedan - Lexus LS 460L
Əyləncəli sürüş - Mazda MX-5 Miata
Kiçik SUV - Toyota RAV4
Orta SUV - Hyundai Santa Fe
Minivan - Toyota Sienna
Pickup truck - Chevrolet Silverado 1500 Crew Cab

menbe: mak.az 


Açar sözlər:

Yazar: thewarrior | Tarix: Mart 5, 2008 16:06 | Xəbərlər | Şərhlər(2) | Baxış sayı: 80

Hyundai-dan qadınlara hədiyyə kampaniyası   –  [18.02.2008]

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə fevralın 20-dən martın 10-a dək Hyundai-dan avtomobil alan hər xanıma Bakı və Abşeron ərazisində 24 saat fəaliyyət göstərən “Yol Yardımı” paketi hədiyyə.

“Yol Yardımı” paketi nədir?

Bu paketin sahibləri 1 il boyunca Bakı və Abşeron ərazisində avtomobildə yarana biləcək hər hansı problemi özləri  deyil, xüsusi yardım xidməti  həll edəcək.

Kampaniya müddətində avtomobil alan hər xanım müştəriyə Hyundai-dan hədiyyə olaraq, xüsusi kart veriləcəkdir. Bu kartda müştərinin özü və avtomobili haqqında lazımi məlumatlar yer alacaq. Kartın sahibi 1 il ərzində yolda özü və ya avtomobili ilə əlaqədar bir problemlə üzləşdikdə kartda göstərilən 24 saat QAYNAR XƏTT telefonuna zəng edərək, texniki xidmətə, tibbi yardıma və ya hər ikisinə ehtiyac olduğunu bildirəcəkdir. Yardım, hadisənin baş vermə yerindən asılı olmayaraq, 15-20 dəq. ərzində yetişəcəkdir.

Texniki xidmət dedikdə, avtomobildə yarana biləcək ən kiçik nasazlıqdan başlayaraq evakuator xidməti də daxil olmaqla geniş anlayışlar daxildir. Hətta qəza baş verdikdə belə, avtomobilə ilkin texniki xidmət göstəriləcək, DYP ilə bütün sənədləşdirmələr aparılacaq, avtomobil lazımi Servis Mərkəzinə təslim ediləcək, təcili tibbi yardım göstəriləcəkdir.

Bakı və Abşeron rayonunun istənilən yerində xidmət  1 il müddətinə keçərlidir.

Qadınlar üçün olduqca faydalı “Yol Yardımı” paketi Hyundai-ın Bakıdakı  bütün dilerlərində göstərilən müddət ərzində qüvvədə olacaqdır.

Artıq yolda yarana biləcək bütün problemləri biz həll edəcəyik. Çünki xanımlara incə işlər yaraşır.


Açar sözlər:

Yazar: thewarrior | Tarix: Fevral 22, 2008 16:53 | Kampaniyalar | Şərhlər(0) | Baxış sayı: 78

genesis
 
SİZCƏ BU HANSI MODELDİR? 

Açar sözlər:

Yazar: thewarrior | Tarix: Fevral 22, 2008 16:47 | Xəbərlər, Concept avtomobil | Şərhlər(4) | Baxış sayı: 115

Qabaqki yazılar

  Yazılar cəmi: 27    Sonrakı səhifə »